Az | EN

Tesla Cybertruck sürücülərindən təzminat alacaq

Nail Valiyev
13 Noyabr 2023 14:38
764 baxış
Tesla Cybertruck sürücülərindən təzminat alacaq

Tesla uzun müddətdir maraqla gözlənilən elektrik pikap modeli Cybertruck-u noyabrın 30-da satışa çıxarmağa hazırlaşır. Şirkət yeni elektrik avtomobili Cybertruck-un satış şərtlərini açıqlayıb. Cybertruck sahibləri ilk il ərzində nəqliyyat vasitələrini sata bilməyəcəklər. Tesla bu qaydaya əməl etməyən müştərilərdən 50.000 dollar təzminat tələb edəcək. 

Həmçinin, şirkət bu qaydalara əməl etməyən müştərilərə bir də avtomobil satmayacağını qeyd edib. Lakin müştərilərin Cybertruck-u satmaq üçün yaxşı səbəbi varsa, Tesla onu geri almağa razı ola bilər. Təbii ki, bu prosesin də müəyyən şərtləri var. Tesla avtomobili geri almazsa, müştərinin avtomobili başqasına satmağına razılaşa bilər. Cybertruck Tesla-nın ilk pikap modelidir və 2019-cu ildə elan edilib. Bahalı tikinti materiallarına görə satış qiyməti ilkin bildirilən 39 900 dollardan baha ola bilər. Tesla 2025-ci ilə qədər 250 min Cybertruck satmağı hədəfləyir.

© copyright 2022 | tech.az | info@tech.az