Tesla Cybertruck-ın ilk qəzası Toyota Corolla ilə baş verib. 17 yaşlı sürücünün idarə etdiyi "Toyota Corolla" ilə toqquşan 2023-cü il model Tesla Cybertruck-un qəzası yüngül xəsarətlərlə nəticələnib.
Qəzada yalnız Cybertruck sürücüsünün yüngül xəsarət aldığı bildirilib. Həmçinin, nəqliyyat vasitəsinin avtonom rejimdə olmadığı və havanın yağışlı olduğu açıqlanıb. Qəzanın baş verdiyi Kaliforniyada “Toyota Corolla”nın ön hissəsində ciddi zədələrin olduğu yayımlanan şəkillərdə müşahidə edilib. Ancaq toqquşmanın əsas məqamını görmək mümkün deyil. Buna görə də avtomobilin qarşı tərəfində nə qədər ziyanın olduğu bəlli deyil.