Tesla şirkəti müştərilərə məhdud tirajla təklif olunacaq GigaBier pivə markasını təqdim edib. Bu barədə “Gadget Tendency” portalı məlumat yayıb.
Bildirək ki, GigaBier şüşəsi şirkətin elektrik yük maşını olan Cybertruck üslubunda hazırlanıb. İçki 89 avroya 0,3 ml-lik üç şüşə ilə qutuda satılır. Məlumatlara görə, pivə Berlində hazırlanıb və sitrus, berqamot və şirin meyvə notlarına malikdir.
Qeyd edək ki, əvvəllər İlon Mask öz şirkətlərinin brendi altında məhdud sayda müxtəlif mallar da istehsal edirdi. Bundan əlavə, 2017-ci ildə Mask "Twitter" profilindəki peşəsini müvəqqəti olaraq "baş geyimləri satıcısı" olaraq dəyişdirərək papaqlar satıb.