Az | EN

Tesla robotu artıq sərbəst hərəkət edə bilir

Fidan Abbaszadə
17 May 2023 16:49
216 baxış
Tesla robotu artıq sərbəst hərəkət edə bilir

Tesla robotlarının yeni görüntülərini paylaşıb. Artıq robotlar büdrəmələr olmadan yavaş şəkildə irəliləyə bilir. Əlavə olaraq, robotlar əşyaları götürmək və obyektləri tanımaq kimi başqa işləri də bacarırlar.

Yeni video İlon Mask tərəfindən səhmdar yığıncağı zamanı təqdim edilib. Məlumat üçün bildirək ki, insana bənzəyəcək şəkildə hazırlanmış Tesla Botu, ilk olaraq keçən il şirkətin AI Günü tədbirində nümayiş etdirilib. O zaman Tesla robotun səhnədə hər hansı əl əməyini yerinə yetirmək bir yana, çətinliklə irəli gedə bildiyi botun dekonstruksiya edilmiş versiyasını göstərə bilmişdi. Həmin vaxt robot hələ yaxşı hərəkət edə bilmədiyi üçün stendlə qaldırılıb, sadəcə tamaşaçılara əl edə bilmişdi. İndi isə bir az yavaş olsa da, robot müstəqil şəkildə hərəkət edə bilib. Həmçinin, bir Tesla Botun bir konteynerdən əşyaları götürərək ikinci konteynerə qoyması göstərilib.

Videoda Tesla Bot layihəsinin bəzi xüsusi yenilikləri, o cümlədən ətraf mühitin kəşfi və yadda saxlaması bacarığı vurğulanıb. 

Teslanın botu bir növ məhsula çevrilmək yolundadır. Ehtimal ki, Tesla çoxdan gözlənilən ilk Cybertrucks-ı təqdim etdikdən sonra Tesla Botun da istehsalına başlayacaq.

© copyright 2022 | tech.az | info@tech.az