Az | EN

Tesla səhmləri son bir həftədə kəskin ucuzlaşıb

Bənövşə Kazımova
26 Dekabr 2022 10:45
417 baxış
Tesla səhmləri son bir həftədə kəskin ucuzlaşıb

"Tesla” səhmləri həftə ərzində 18% ucuzlaşaraq 123.10 dollara qədər düşüb, bu da iki ildən çox müddətdə ən aşağı qiymət deməkdir. Beləliklə, şirkətin bazar dəyəri 85 milyard dollar azalaraq 390 milyard dollar təşkil edib. İl ərzində “Tesla”nın kapitallaşması təxminən iki dəfə düşüb – ilin əvvəlində bu göstərici 1.2 trilyon dollar olub.

tech.az bu barədə banker.az-a istinadən xəbər verir.

Digər şeylərlə yanaşı, investorlar narahatdırlar ki, oktyabr ayında “Twitter”i alan İlon Mask indi daha çox “Tesla” deyil, sosial şəbəkənin inkişafına diqqət yetirir. İnvestorlar həm də mürəkkəb iqtisadi şəraitdə elektrikli avtomobillərə tələbat perspektivindən narahatdırlar.

 

© copyright 2022 | tech.az | info@tech.az