Az | EN

Teslanın rəqibi BYD keçən ilə nisbətdə 410% böyüyüb

Nail Valiyev
02 May 2023 11:19
397 baxış
Teslanın rəqibi BYD keçən ilə nisbətdə 410% böyüyüb

BYD Tesla-ya nisbətdə daha sərfəli avtomobilləri ilə tanınan, yeni nəsil akkumulyator texnologiyasından istifadə edən Çin şirkətidir. Bu qiymət siyasəti şirkətin uğur qazanmasına səbəb olub.

Belə ki, keçən rübdə BYD 17 faiz mənfəət marjasına nail olub. Tesla-nın eyni dövrdə 19,3 faiz mənfəət marjası bildirdiyini nəzərə alsaq, Çin istehsalçısının diqqətəlayiq uğur qazandığını söyləyə bilərik. Qeyd edək ki, BYD bu ilin birinci rübündə 552 076 hibrid və elektrik avtomobil modeli satıb.

Şirkət həmçinin bu yaxınlarda 14 min dollarlıq yeni Seagull modelini təqdim edib. Şanxay avtosalonunda təqdim edilən avtomobil Tesla-nın hələ girmədiyi "əlverişli qiymətə kompakt elektrik avtomobili" kateqoriyasına daxil olub.

Seagull ön satışa çıxdıqdan sonra 10.000 insan tərəfindən alınıb. Bu ilkin sifarişlə şirkətin illik müqayisədə 410 faiz böyüdüyü bildirilib. O, həmçinin təxminən 600 milyon dollar qazanıb.

Tesla hələ də elektrik avtomobilləri kateqoriyasında liderdir. Bununla belə, BYD kimi bir rəqibinin olması bazarda artan rəqabəti vurğulayır. Şirkətin 17 faizlik mənfəət marjası Tesla ilə rəqabətin daha da artacağını göstərir.

© copyright 2022 | tech.az | info@tech.az