Son üç il ərzində Qazaxıstanda qeydiyyatdan keçmiş 101 xarici şirkət 147,3 milyon ABŞ dolları vergi ödəyib. Bu barədə Qazaxıstanın Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Huawei, Aliexpress, Google, Apple, Netflix və digər beynəlxalq şirkətlər bu prosesdə iştirak edən qurumlar arasındadır. Təkcə ötən il onlar 68,7 milyon ABŞ dolları vergi ödəyiblər.
Bu, 2022-ci ildə Vergi Məcəlləsinə əsasən tətbiq edilən və xarici internet şirkətlərinin vergiyə cəlb olunmasını nəzərdə tutan yeni qaydaların nəticəsidir.
Vergi, Qazaxıstandakı istehlakçılara mal satan və ya onlayn xidmətlər göstərən xarici rəqəmsal şirkətlərə şamil edilir.
2024-cü ilin sonunda TEMU, Pinduoduo və Alibaba Qrupu şərti qeydiyyat prosesini tamamlayıb.