Az | EN

“Thodex” kriptovalyuta birjasının qurucusu Faruk Fatih Özer 11 min 196 il həbs cəzasına məhkum edilib

Nail Valiyev
08 Sentyabr 2023 12:19
765 baxış
“Thodex” kriptovalyuta birjasının qurucusu Faruk Fatih Özer 11 min 196 il həbs cəzasına məhkum edilib

“Thodex” kriptovalyuta birjasının qurucusu Faruk Fatih Özerə qarşı dələduzluq işi ilə bağlı qərar verilib. 7-si həbs olunan 21 müttəhimin mühakimə olunduğu iddiada şübhəli Faruk Fatih Özer və qardaşları Güvən və Serap Özer ayrı-ayrılıqda 11 min 196 il 10 ay 15 gün həbs cəzasına məhkum edilib. 

Albaniyada qırmızı bülletenlə axtarılarkən tutulan Kriptovalyuta birjası THODEX-in qurucusu Faruk Fatih Özer də daxil olmaqla 7-si nəzarətə alınan 21 şübhəlinin məhkəməsi Anadolu 9-cu Ağır Cəza Məhkəməsində davam etdirilib. Həbs olunan şübhəlilər Faruk Fatih Özer, qardaşı Serap Özer, Cem Uzunoğlu, Onur Can Gündüz və Məsut Can Arbaz həbsxanadan məhkəmə qarşısına çıxarılıb.

Məhkəmə heyəti qərarını açıqlayaraq, şübhəlilər Faruk Fatih Özer, Güvən Özer və Serap Özerə “təşkilat yaratmaq, idarə etmək və üzv olmaq”, “xüsusi fırıldaqçılıq” cinayətlərinə görə hər birini 11 min 190 il 6 ay müddətinə azadlıqdan məhrum edib. 

Digər tərəfdən, şübhəlilər Faruk Fatih Özer, Güvən Özer və Serap Özer "informasiya sistemlərindən istifadə etməklə dələduzluq” cinayətinə görə də 6 il 4 ay 15 gün həbs və 135 milyon lirə məhkəmə pul cəzasına məhkum edildilər.

Ümumilikdə, Özer qardaşlarının hər biri 11 min 196 il 10 ay 15 gün həbs cəzasına məhkum edilib.

© copyright 2022 | tech.az | info@tech.az