“Threads”in sahibi Mark Zukerberq bildirib ki, 2023-cü ilin iyul ayının əvvəlində sosial şəbəkənin istifadəyə verildiyi vaxtdan təxminən 100 milyon aylıq aktiv istifadəçi toplayıb. O, “trayektoriyadan çox məmnun olduğunu” söyləyib.
“Threads” tətbiqi 6 iyul 2023-cü ildə istifadəyə verilib və bir neçə gün ərzində 100 milyondan çox istifadəçi qeydiyyatdan keçib. Lakin tezliklə sosial şəbəkə gündəlik aktiv istifadəçilərini itirməyə başlayıb. “Sensor Tower” analitiklərinin fikrincə, buraxılışdan iki həftə sonra onların sayı 70% azalıb.
Avqust ayında “Threads”in veb-versiyası bütün istifadəçilər üçün istifadəyə verilib. Oktyabr ayı üçün sosial şəbəkə yazıların redaktəsi, bəyənilən yazıları olan lent, məzmun axtarışı və digər funksiyaları təklif edir. Oktyabrın 26-da “Threads” GIF-lər və sorğular üçün dəstək əlavə etdiyini açıqlayıb.
©banker.az