Az | EN

TikTok 3 maraqlı funksiya istifadəyə verib

Bənövşə Kazımova
08 Oktyabr 2022 12:45
535 baxış
TikTok 3 maraqlı funksiya istifadəyə verib

TikTok istifadəçilərin təcrübəsini təkmilləşdirmək üçün müəyyən yeniliklər təqdim edib. Platforma foto qalereya, simvol sayının artırılması və TikTok Shop kimi yeni funksiyaları istifadəyə verib. Həmin yeniliklərlə aşağıda tanış ola bilərsiniz.

İstifadəçilər artıq tətbiqdə öz məzmunlarında 35 kadrdan ibarət foto qalereya yarada və paylaşa biləcəklər. Yeni yeniləmə ilə foto qalereyasına musiqi də əlavə edilə bilər. Həmçinin istifadəçilər sola sürüşdürməklə qalereyadakı şəkillərə baxa biləcəklər.

Digər yenilik simvol sayı ilə bağlıdır. Belə ki, 300 simvol limiti olan TikTok indi bu yeniləməsi ilə istifadəçilərə 2200 simvola qədər mətn əlavə etməyə imkan verəcək. Elan edilən bir çox yeniliklərlə yanaşı, videolara əlavə oluna biləcək səs effektləri də artıb.

Bundan əlavə, TikTok alış-veriş funksiyasını da istifadəyə verib. Tətbiq öz məhsullarını satmaq istəyən influenserlərə və brendlərə TikTok Shop adlı xidmət təklif edir. Bir müddət əvvəl İngiltərədə təqdim edilən bu xüsusiyyət ABŞ və Kanada kimi bölgələrdə də yayımlanmağa başlayıb.

© copyright 2022 | tech.az | info@tech.az