Az | EN

TikTok AR effektləri yaratmaq imkanını bütün istifadəçilər üçün əlçatan edir

Bənövşə Kazımova
13 Aprel 2022 13:30
287 baxış
TikTok AR effektləri yaratmaq imkanını bütün istifadəçilər üçün əlçatan edir

Ötən yay TikTok tətbiq daxilində istifadə olunmaq üçün AR effektlərinin yaradılmasına imkan verən Effect House platformasının beta sınaqlarına başlamışdı. Bildirək ki, qapalı sınaq prosesinə 450-yə yaxın kontent yaradıcısı cəlb edilmişdi. Şirkət indi bu imkanı bütün istifadəçilərinə təqdim edir. Əldə olunan məlumatlara görə, Effect House veb-saytının ziyarətçiləri AR efektləri yaratmağa kömək edəcək alətlər və sənədlər tapa biləcəklər. TikTok platforma ilə bağlı bəzi qaydalar da müəyyənləşdirib. AR effekti yaradıcıları bu qaydalara, eləcə də Effect House üçün müəyyən edilmiş qaydalara əməl etməlidirlər. Məsələn, platformada plastik cərrahiyyəni təbliğ edən filtrlərə icazə verilməyəcək. TikTok-a insanların dodaq doldurucuları ilə necə görünəcəklərini göstərən filtrlər əlavə etmək mümkün olmayacaq. Qeyd edək ki, TikTok istifadəçiləri tərəfindən hazırlanmış AR effektlərini Təhlükəsizlik qrupu tərəfindən yoxlanıldıqdan sonra digər istifadəçilər üçün əlçatan edəcək.

© copyright 2022 | tech.az | info@tech.az