Vanessa Pappas 5 ildir TikTok-da COO vəzifəsində çalışırdı. Pappas 8 il işlədiyi YouTube-dan ayrılaraq TikTok-da çalışmağa başlamışdı. Cümə axşamı işçilərlə paylaşdığı e-maildə vəziyyəti izah edən V.Pappas bu yeni keçid dövründə şirkətdə məsləhətçi kimi fəaliyyət göstərəcəyini bildirib.
TikTok CEO-su Shou Chew isə işçilərlə paylaşdığı qeyddə 20 ildir Disney-də çalışan Zenia Mucha-nın brend və kommunikasiya rəhbəri olacağını açıqlayıb. Adam Presser əməliyyata cavabdehlik daşıyacaq.