Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi ölkədə TikTok-un qadağan edildiyini açıqlayıb. Aparılan şikayət və yoxlamalar nəticəsində platformanın gənclərin psixoloji sağlamlığına və inkişaflna zərər verdiyi bildirilib.
Həmçinin, Mədəniyyət Nazirliyi açıqlmasında qadağa qərarının geosiyasi səbəblərdən deyil, gəncləri zərərli məzmundan qorumaq üçün verildiyi vurğulanıb.
Qərarın həyata keçirilməsi üçün ölkənin Rəqəmsal İnkişaf Nazirliyinə də sorğu göndərilib.