Az | EN

“TikTok" Fransada məmurlara qadağan edilir

Nail Valiyev
25 Mart 2023 13:50
293 baxış
“TikTok" Fransada məmurlara qadağan edilir

Fransada məmurların iş telefonlarına “TikTok” proqramının yüklənməsi qadağan ediləcək.

Bu barədə ölkənin dövlət qulluğu naziri Stanislav Querini özünün Twitter hesabında açıqlama verib. Onun sözlərinə görə, hakimiyyət təhlükəsizlik baxımından məmurların iş telefonlarına “TikTok”un və digər oxşar proqramların quraşdırılmasını qadağan etməyi planlaşdırır.

Nəzərinizə çatdıraq ki, qadağa zamanı ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslər istisna edilə bilər. Bu qərara əməl olunmasına görə nəzarət milli informasiya sistemlərinin təhlükəsizliyi agentliyinə və idarələrarası rəqəmsal agentliyə həvalə edilib.

© copyright 2022 | tech.az | info@tech.az