Az | EN

“TikTok”un sahibi “ByteDance” 300 milyard dollar dəyərində qiymətləndirilib

Röya Yusifbəyli
17 Noyabr 2024 16:39
233 baxış
“TikTok”un sahibi “ByteDance” 300 milyard dollar dəyərində qiymətləndirilib

“The Wall Street Journal”ın yeni hesabatına görə, “TikTok”un sahibi olan Çin şirkəti “ByteDance”, səhmlərinin alınması üçün edilən təklifdə şirkətin özü tərəfindən 300 milyard dollar dəyərində qiymətləndirildirib. “The Wall Street Journal” daha əvvəl 2022-ci ilin sentyabrında 300 milyard dollar dəyərində “ByteDance” səhmlərinin alınması təklifi haqqında məlumat verdiyi üçün bu rəqəm oxuculara tanış gələ bilər. Lakin bir il sonra şirkətin qiymətləndirməsi 26% azalaraq 223 milyard dollara düşmüşdü. “TikTok”un ABŞ-dakı perspektivləri isə Donald Trampın ikinci dəfə ABŞ prezidenti seçilməsindən sonra arta bilər.

Aprel ayında prezident Co Bayden, “ByteDance” şirkəti “TikTok” tətbiqini başqa şirkətə satmasa, onun istifadəsini ABŞ-da qadağan edən qanun layihəsini imzalamışdı. Şirkətə satışı həyata keçirmək üçün doqquz ay vaxt, prezidentə isə bu müddəti əlavə üç ay uzatmaq imkanı verilmişdi. “ByteDance” şirkəti isə qadağaya görə ABŞ hökumətini məhkəməyə vermişdi. Trump keçən prezidentliyi dövründə platformanın ABŞ-da qadağan edilməli olduğunu bildirsə də, sonradan "AMERİKADA “TikTok”U QORUYAQ" şüarı ilə paylaşımlar edib. Həmçinin qeyd edək ki, respublikaçı meqadonor Jeff Yass “ByteDance”in əsas investorudur.

© copyright 2022 | tech.az | info@tech.az