Az | EN

TikTok uşaqların məlumatlarından sui-istifadə etdiyinə görə 16 milyon dollar cərimələndi

Bənövşə Kazımova
07 Aprel 2023 10:06
430 baxış
TikTok uşaqların məlumatlarından sui-istifadə etdiyinə görə 16 milyon dollar cərimələndi

TikTok yetkinlik yaşına çatmayan uşaqların proqramdan istifadəsinin qarşısını ala bilmədiyinə və onların məlumatlarından sui-istifadə etməsinə görə İngiltərədə təxminən 16 milyon dollar cərimələnib.

İnformasiya Komissarlığı İdarəsi bildirib ki, 13 yaşından kiçik 1,4 milyon Böyük Britaniyalı uşaq TikTok-un yaş həddini aşaraq proqramdan istifadə edə bilib.

“Uşaqlarımızın fiziki dünyada olduğu kimi rəqəmsal dünyada da təhlükəsiz olmasını təmin etmək üçün qanunlar mövcuddur. TikTok bu qanunlara əməl etməyib”, – deyə Böyük Britaniyanın İnformasiya Komissarı Con Edvards açıqlamasında qeyd edib.

TikTok isə iddiaları rədd edərək bildirib: "Biz 13 yaşdan kiçikləri platformadan uzaq tutmaq üçün böyük sərmayələr qoyuruq və 40 000 nəfərlik təhlükəsizlik komandamız platformanı cəmiyyətimiz üçün təhlükəsiz saxlamaq üçün gecə-gündüz işləyir." 

 

© copyright 2022 | tech.az | info@tech.az