Bildiyimiz kimi, TikTok-da istifadəçilər tətbiqdaxili satın alınan jetonlarla digər istifadəçiləri dəstəkləyə bilirdilər.
İndi isə şirkət tətbiqdaxili alış sahəsini genişləndirəcək və "Trendy Beat" funksiyasını gətirəcək. Beləliklə, istifadəçilər tətbiqdaxilində alış-veriş edə biləcəklər.
Üçüncü tərəf satıcılara güvənmək əvəzinə TikTok-un öz məhsul və satış sistemini qurduğu qeyd edilib. Bildirilib ki, funksiya hazırda Böyük Britaniyada istifadəçilər üçün əlçatandır.
Bundan əlavə, istifadəçilərin fikrincə, bütün məhsulların Pekində TikTok-un Çində yerləşən ByteDance şirkətindən göndərildiyi vurğulanıb.