Tinkoff Bank kart məlumatlarını daxil etmədən mal və xidmətlər üçün ödəniş etməyə imkan verən öz Tinkoff Pay ödəmə sistemini təqdim edib.
Xidmət artıq bank müştəriləri üçün əlçatandır. Smartfon və kompüterdən onlayn mağazalarda sifariş verməyə imkan verir. Digər xidmətlər, o cümlədən oflayn mağazalarda ödəniş də daxil olmaqla, addım-addım əlavərin olunacağı bildirilir. Daha sonra digər bankların Tinkoff Pay müştəriləri istifadə edə biləcəklər. Növbəti yenilənmələrdə bütün Rusiya bank kartlarının sistemə inteqrasiyası gözlənilir.
Smartfondan ödəniş etmək üçün Tinkoff Pay düyməsini sıxmalı və mobil proqramda əməliyyatı təsdiqləməlisiniz. Pulun ödəniləcəyi hesabı da belə seçə bilərsiniz. Kompüterdən ödəniş etmək üçün müştəri QR kodunu skan etməli və ödənişi təsdiq etməlidir. Bütün bunlar beyəlxalq şirkətlərin Rusiayaya sanksiya tətbiq etməsindən sonra baş verdi. Bu sanksiyalar fonunda ödəniş sistemləri və beynəlxalq banklar Rusiyanı tərk etdiyi üçün ölkədaxili yeni ödəniş platformalarının yaradılması ən doğru qərardır.