Türkiyənin Automobile Initiative Group Togg şirkəti T10X SUV modelindən sonra sedan modeli ilə istifadəçilərin qarşısına çıxacaq. Yeni sedan modelinin CES 2024 sərgisində rəsmi elan edilməsi planlaşdırılır. Bildirilib ki, bu model konsept olmayacaq.
Togg tərəfindən sedan həvəskarları üçün xüsusi olaraq hazırlanmış bu model Türkiyə avtomobil bazarında yüksək marağa səbəb olacağı bildirilir. Hələlik rəsmi açıqlama olmasa da, keçmişdə təqdim edilən konsept sedan modeli əsasında bəzi təxminlər etmək mümkündür. Toggun unikal dizayn dilinin xüsusilə, ön dizaynda T10X-ə bənzəyəcəyi düşünülür. Arxa dizaynda arxa işığın dizayn oxşarlığı ola bilər. Konsept sedan modelində arxa qapıların əks istiqamətdə açılan dizayna sahib olması da təxminlər arasındadır, lakin hələlik bu barədə dəqiq məlumat yoxdur.