“Toyota Motor” şirkəti 2026-cı ilə qədər 10 yeni elektrikli avtomobil modeli hazırlamağı planlaşdırır.
Bu barədə bu gün Tokioda keçirilən mətbuat konfransında şirkətin vitse-prezidenti Hiroki Nakaşima məlumat verib. "Biz 2026-cı ilə qədər 10 yeni elektrik avtomobil modelini hazırlamağı planlaşdırırıq. Bu avtomobillərin satış həcminin ildə 1,5 milyon ədəd olması nəzərdə tutulur", - vitse-prezident bildirib.
Xatırladaq ki, Toyota daha əvvəl 2026-cı ilə qədər yeni nəsil elektrikli avtomobilləri hazırlamağı planlaşdırdığını açıqlamışdı. Bundan əlavə, şirkət 2030-cu ilə qədər Avropada yalnız elektrikli və hibrid avtomobillər satmağı qarşısına məqsəd qoyub. Çində o, 2035-ci ilə qədər belə göstəricilərə nail olmaq istəyir.