Az | EN

Trendyol Azərbaycanda fəaliyyətə başlayıb

Nail Valiyev
03 May 2023 12:21
1329 baxış
Trendyol Azərbaycanda fəaliyyətə başlayıb

Bir neçə gün öncə PAŞA Holdinq ilə müqavilə imzalanyan Trendyol bu gündən etibar Azərbaycan üçün aktivləşib. Artıq Trendyol.com saytından sifariş edilən məhsullar birbaşa Azərbaycana çatdırılacaqdır.

Belə ki, son yenilik ilə istifadəçilər Trendyol saytından “Yeni ünvan əlavə et” düyməsini sıxaraq Azərbaycan ünvanları qeyd edə bilərlər. 

Həmçinin, Trendyol müştərilər üçün “Gəl al” nöqtəsi xidmətini də təklif edir. Bu xidmət ilə istifadəçilər onlara ən yaxın təhvil almaq məkanında sifarişlərini ala bilərlər.

© copyright 2022 | tech.az | info@tech.az