Az | EN

Trendyol Azərbaycanda şirkət açıb

Cəmil Hüseynzadə
24 Avqust 2023 11:46
325 baxış
Trendyol Azərbaycanda şirkət açıb

Türkiyənin və dünyanın tanınmış elektron ticarət platforması “Trendyol” Azərbaycanda şirkət yaradıb.

“Tech.az”ın məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Trendyol Azərbaycan” MMC-ni dövlət qeydiyyatına alıb.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, ev 4/189, nizamnamə kapitalı 200 min manat, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı İrem Çağlı Yılandildir. O, 6 ildən çoxdur ki, "Trendyol"da çalışır.

© Report

© copyright 2022 | tech.az | info@tech.az