Az | EN

Türk Dövlətləri üçün Silikon Vadisində Akselerasiya!

Cəmil Hüseynzadə
01 Aprel 2023 13:27
785 baxış
Türk Dövlətləri üçün Silikon Vadisində Akselerasiya!

Türk Dövlətləri Təşkilatı Katibliyi Astana Hub və Draper Universitetinin My Ventures ilə birgə texnologiya startapları üçün Silikon Vadisində "Hero Təhsil Proqramı"na start verib. Proqram Türk Dövlətləri Təşkilatının Üzv Dövlətlərindən olan texnoloji startaplar və İT autsorsinq şirkətləri üçün nəzərdə tutulub.

Bu proqram startaplara Amerikanın qabaqcıl texnoloji sahibkarları və ekspertləri ilə 2 həftəlik onlayn pre-akselerasiya imkanı təqdim edəcək, ardınca isə ən yaxşı 20 layihə Silikon Vadisində 5 həftəlik akselerasiya proqramına qatılacaq və Kaliforniyanın San Mateo şəhərindəki Draper Universitetində 6 həftəyə qədər qalmaq imkanı əldə edəcək.

Bundan əlavə, startaplar əlavə investisiya imkanları təklif edən vençur kapitalı fondu My Ventures-dan 30 000 ABŞ dollarından başlayaraq vəsait toplamaq imkanı əldə edəcəklər.

Astana Hub və Draper Universiteti tərəfindən hazırlanan Hero Təhsil Proqramında məhdud sayda iştirakçı seçiləcəkdir. Müraciət üçün buradan qeydiyyatdan keçə bilərsiniz.

© copyright 2022 | tech.az | info@tech.az