Az | EN

Türk dövlətləri üçün yeni nəsil maliyyə tətbiqi olan Turan 20 milyon TL toxum investisiya alıb

Bənövşə Kazımova
14 Mart 2023 11:25
789 baxış
Türk dövlətləri üçün yeni nəsil maliyyə tətbiqi olan Turan  20 milyon TL toxum investisiya alıb

Türk dövlətləri üçün yeni nəsil maliyyə tətbiqi olan Turan  20 milyon TL toxum investisiya alıb. İnvestisiya raundunda United Payment, Colendi Ventures, APY Ventures, KT Portfolio, Tera Portfolio, Neo Portfolio Türkaz İnvestisiya Fondu, Re-Pie və Azərbaycanın ilk vençur kapitalı fondu Caucasus Ventures iştirak edib.

Türk dövlətləri arasında fiziki dünya üçün nəzərdə tutulmuş pul köçürmə prosesini rəqəmsal dünyaya təqdim etməyi hədəfləyən Turan türklərin yaşadığı Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan kimi ölkələrdə inkişaf etdirdiyi məhsul və maliyyə xidmətləri ilə təxminən 170 milyon insana çatmağı hədəfləyir.

Bu yaxınlarda Türkiyə ilə Azərbaycan arasında rəqəmsal pul köçürmə qapısında ilk addımı atan Turan Türkiyədən Azərbaycandakı bütün bank kartlarına 60 saniyə ərzində pul köçürmə imkanı təklif etməyə başlayıb. Türkiyədə yaşayan minlərlə Azərbaycan Respublikası vətəndaşının yararlanmağa başladığı bu xüsusiyyət istifadəyə verildiyi ilk aydan etibarən iki ölkə arasında böyük həcmdə ciddi pul köçürmələrinə təkan verib.

Turan-ın toxum investisiya turu haqqında danışan Turan-ın qurucusu və icraçı direktoru Özgür Bayraktar deyib: “Biz türk dövlətləri arasında hərtərəfli əməkdaşlığı təşviq etmək üçün beynəlxalq təşkilat olaraq qurulan və bu dövlətləri könüllü birlik olaraq bir araya gətirən Türk Dövlətləri Təşkilatı (TDT) olmaqla, türk dövlətlərinin ölkəmizdəki diplomatik nümayəndəlikləri ilə sıx əməkdaşlıq edirik. Bu gün elan etdiyimiz yeni investisiya turumuzla 2023-cü ildə açacağımız yeni ofislərlə regionda, xüsusən də, Azərbaycan və Özbəkistanda fəaliyyətimizi gücləndirəcəyik”.

Turan Azərbaycanda 2023-cü ildə tətbiq etdiyi 100% rəqəmsal pul köçürmə modelini 2023-cü ildə Özbəkistana tətbiq etməklə Türkiyədə yaşayan Özbəkistan vətəndaşlarının ölkəyə pul göndərmə problemlərini həll etməyi planlaşdırır.

Onu da vurğulayaq ki, 2022-ci ilin may ayında qurulan maliyyə texnologiyaları şirkəti və Türkiyə Respublikası Mərkəzi Bankının nəzarəti altında fəaliyyət göstərən "Turan Teknoloji Anonim Şirketi" bütün türk dövlətlərində yaşayan istifadəçilər üçün yeni nəsil maliyyə tətbiqi olmağı hədəfləyir.Turan ödəniş və elektron pul fəaliyyətini lizenziyalı qurum olan "Birleşik Ödəmə" xidmətləri və Elektron PUl A.Ş-nin maliyyə xidmətləri vasitəsilə həyata keçirir.

© copyright 2022 | tech.az | info@tech.az