Az | EN

Türk fintexi Azərbaycanda bankı satın alır

Nail Valiyev
20 Dekabr 2023 19:25
3956 baxış
Türk fintexi Azərbaycanda bankı satın alır

Yayılan xəbərlərə görə Azərbaycan banklarından biri satılır. Bankın artıq satışı istiqamətində danışıqlar başlanılıb. Bankı Türkiyənin aparıcı fintexi Papara alır. Papara bankı satın almaqla Azərbaycan bazarına sürətli giriş etmək istəyir. 

Bankın adı açıqlanmasa da, bir neçə versiya səsləndirilir. Növbəti ilin ilk rübündə satınalmanın yekunlaşması gözlənilir.

Mərkəzi Banka yeni rəhbər təyin edildikdən sonra Azərbaycanda maliyyə ekosistemində dəyişikliklər sürətləndi. Sığorta şirkətləri və bankların fəaliyyətinə yenidən baxılmağa başlanıldı. Proses zamanı bir neçə bank fəaliyyətini dayandırmalı oldu. Eyni zamanda ölkəyə bir neçə onlayn ödəniş sistemləri gəldi. 
Maliyyə ekosistemdə baş verən dəyişiklik davam etməkdədir. Papara-nın Azərbaycanda bank alması yeni prosesin əsasını qoya bilər. Çünki, Papara saniyələr içində onlayn kart almağa və internet xərcləmələri üçün istifadə etməyə imkan verir. Sürətli kart təqdimatı, onlayn alış-verişdə sürət və komissiya baxımından startap Azərbaycanda yeniliklər edə bilər.

© copyright 2022 | tech.az | info@tech.az