Az | EN

Türkiyədə axtarış-xilasetmə işlərinə 2 “Bayraktar AKINCI” cəlb edilib

Bənövşə Kazımova
08 Fevral 2023 11:03
296 baxış
Türkiyədə axtarış-xilasetmə işlərinə 2 “Bayraktar AKINCI” cəlb edilib

Türkiyədə axtarış-xilasetmə işlərinə 2 “Bayraktar AKINCI” cəlb edilib. Həmçinin bildirilib ki, xilasetmə işlərində Türkiyə Silahlı Qüvvələrinin 3 min 500 personalı iştirak edir.

Akar Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər ​​və Quru Qoşunları komandanı, ordu generalı Musa Avseverlə Hatayda zəlzələ bölgəsində işlərini davam etdirir.

Bundan əlavə, "A400m" təyyarəsi də daxil olmaqla 17 hava layneri İstanbul, İzmir və Ankaradan Qaziantep və Adanaya davamlı olaraq yardım uçuşları həyata keçirilir. İndiyədək isə 100-ə yaxın növbəli dəstək uçuşu həyata keçirilib.

© copyright 2022 | tech.az | info@tech.az