Az | EN

Türkiyənin ilk pilotsuz təyyarəsi 2025-ci ildə istifadəyə veriləcək

Bənövşə Kazımova
11 Aprel 2023 16:50
1700 baxış
Türkiyənin ilk pilotsuz təyyarəsi 2025-ci ildə istifadəyə veriləcək

Dünyanın ilk silahlı pilotsuz uçuş aparatı (PUA) gəmisi və Türkiyənin ən böyük hərbi gəmisi TCG Anadolu mərasimlə Dəniz Qüvvələri Komandanlığına təhvil verilib.

TCG Anadolu-nun Dəniz Qüvvələrinə təhvil verilməsi mərasimində gəminin uçuş göyərtəsindəki Bayraktar Kızılelma və qanadları qatlana bilən Bayraktar TB3 SİHA da yer alıb. Mərasimdən sonra prezident Ərdoğanla gəmini gəzən digər liderlərlə BAYKAR İdarə Heyətinin sədri Səlcuq Bayraktar arasında diqqətçəkən dialoq yaşanıb.

Bayraktara müraciət edən prezident Ərdoğan “Kızılelma” pilotsuz təyyarəsinin nə vaxt istifadəyə veriləcəyini soruşub. Bayraktar bildirib ki, təyyarə 2025-ci ildə istifadəyə veriləcək. O, indiyədək 2 “Kızılelma”nın istehsal olunduğunu da xatırladıb. S.Bayraktar həmçinin bildirib ki, “Bayraktar TB-3” PUA-sı 2024-cü ildə istifadəyə veriləcək və bu müddət ərzində sınaq uçuşları həyata keçiriləcək.

Qeyd edək ki, “Kızılelma” Türkiyənin ilk pilotsuz təyyarəsidir. Bu texnika ilk dəfə ötən ilin martında təqdim olunub.

© copyright 2022 | tech.az | info@tech.az