Twitter-in tvit redaktə funksiyasının bütün istifadəçilər üçün əlçatan olacağı bildirilir.
Şirkəti satın aldıqdan sonra Mask artıq platformada bəzi radikal dəyişikliklər edəcəyi barədə açıqlama verib. Bu dəyişikliklərdən birinin tvit redaktə funksiyasının pulsuz olması ehtimal edilir. İddialara görə, tvit redaktə funksiyası tezliklə tək Tweet Blue abunəçiləri üçün yox, bütün istifadəçilər üçün pulsuz olacaq.
Funksiya paylaşılan tvitlərə məhdud sayda dəyişiklik etməyə imkan verir. Bu xüsusiyyət sayəsində istifadəçilər 30 dəqiqə ərzində yazı səhvlərini düzəldə bilərlər. Bu müddət ərzində maksimum 5 redaktə edilə bilər.
Hələlik İlon Mask-ın mövzu ilə bağlı rəsmi açıqlaması yoxdur. Məlumat üçün nəzərinizə çatdıraq ki,Twitter-in son zamanlarda istifadəyə verdiyi bu funksiya hazırda yalnız Kanada, Avstraliya və Yeni Zelandiyada ödənişli Twitter Blue istifadəçiləri üçün əlçatandır.