Twitter-in sahibi İlon Mask sosial media platformasında kontent yaradıcılarına abunə olmaq üçün yeni funksiyanı istifadəyə verib.
İlon Mask paylaşımında “İzləyicilərinizə uzun mətnlərdən tutmuş saatlarla davam edən videolara qədər hər cür kontentə abunəliyi təklif etmək üçün müraciət edin" deyə bildirib. İstifadəçilər Twitter-dəki monetizasiya bölməsinə daxil olmaqla bu funksiyandan yararlana biləcək. Yeni funksiya tədricən bütün ölkələrə yayılacaq.
Qeyd olunur ki, yeni funksiya ilə istifadəçilər ödəniş edərək istədikləri kontent yaradıcısının profilinə abunə ola biləcəklər. Kontent yaradıcıları da yalnız abunəçilər üçün məzmun istehsal edə biləcəklər.