Alessandro Paluzzi Twitter-in bütün istifadəçilərini Mavi abunə almağa məcbur edəcək bir funksiya üzərində işlədiyini açıqlayıb. Belə ki, platforma Twitter Blue abunəsi olmayan hesablar üçün DM mesajlarının sayını məhdudlaşdırmaq qərarına gəlib və tezliklə bu qərarını həyata keçirməyə başlayacaq.
Paluzzi tərəfindən paylaşılan şəklə baxdığımızda Twitter Blue abunəsi olmayan istifadəçi gündəlik DM, yəni mesajlaşma limitini keçərsə xəbərdarlıq mesajı ilə qarşılaşacaq. Bu zaman istifadəçiyə məhdudiyyətsiz mesajlaşma üçün Mavi abunə təklif olunacaq və bu qəbul edilərsə, DM məhdudiyyəti aradan qaldırılacaq. Əks halda, istifadəçi yenidən mesaj göndərə bilmək üçün növbəti günü gözləməli olacaq.