Az | EN

Twitter-ə şifrəli mesajlaşma funksiyası əlavə ediləcək

Fidan Abbaszadə
10 May 2023 15:46
297 baxış
Twitter-ə şifrəli mesajlaşma funksiyası əlavə ediləcək

Twitter istifadəçilərin təhlükəsizliyini və ünsiyyətin gizliliyini artırmaq üçün mesajlaşmalara (DM) yeniliklər gətirəcəyini bildirib. İlon Mask tərəfindən edilən açıqlamalara görə, şifrəli Twitter mesaj qutuları və digər yeni funksiyalar bu həftə istifadəçilərə təqdim olunacaq. 

Bundan əlavə, Mask bildirib ki, Twitter tezliklə istifadəçilərə səsli və video söhbət funksiyalarını da təqdim edəcək. Maskın sözlərinə görə, bu funksiya ilə istifadəçilər telefon nömrəsini vermədən dünyanın istənilən yerində olan insanlarla danışa biləcəklər.

Twitter istifadəçi təcrübəsini davamlı olaraq təkmilləşdirmək üçün yeniliklər etməyə davam edir. Şifrələnmiş mesajıar və digər yeni xüsusiyyətlər istifadəçilərə təhlükəsiz şəkildə ünsiyyət qurmağa və platformada daha çox zaman keçirməklərinə şərait yaradacaq.

Şifrələnmiş mesajlar funksiyasının əlavə edilməsi platformanın etibarlılığının artırılması və istifadəçilərin daha rahat ünsiyyət qurmasına imkan verəcək olan önəmli addımdır.

© copyright 2022 | tech.az | info@tech.az