Dünyanın bir sıra ölkələrində “Twitter” sosial şəbəkəsinin işində bəzi problemlər yaşanır.
Bu barədə məşhur internet resursların fəaliyyətini izləyən “Downdetector” xidməti məlumat yayıb.
Xidmətin məlumatına görə, sosial şəbəkə istifadəçiləri saytın fəaliyyəti və mobil tətbiqlərdə problemlər barədə məlumat verib, həmçinin server bağlantısının dayanıqsız olmasından şikayətləniblər.
Vurğulayaq ki, nasazlıqlar əsasən, ABŞ, Kanada, Böyük Britaniya, Almaniya və Fransada müşahidə edilir.