Az | EN

Twitter-in ofislərindən biri də bağlanıb

Fidan Abbaszadə
15 İyun 2023 13:40
274 baxış
Twitter-in ofislərindən biri də bağlanıb

Twitter-in ABŞ-ın Kolorado ştatındakı Boulder ofisi bağlanır.

İndiyədək Twitter-in bir neçə ofisi icarə haqqının ödənilə bilmədiyi səbəbilə məhkəmə qərarı ilə bağlanıb. Məhkəmə 3 aydır kirayə haqqını ödəmədiyi üçün Twitter-in ofisdən çıxarılmasına qərar verib.

Məhkəmə sənədlərinə əsasən, Twitter 2020-ci ilin fevral ayında icarəçiyə 968000 dollar istiqraz verib. Lakin mart ayından ödəniş dayandırılıb. Daha sonra ofisin sahibi məhkəməyə müraciət edib.

Verilən məlumata görə, uzun müddətdən sonra hakim şirkətin ofisi boşaltmasına qərar verib. Bununla belə, Twitter ofisin sahibinə 3 aylıq kirayə haqqını ödəməyə məcbur edilib.

Məlumat üçün bildirək ki, Twitter-in ən böyük reklamçılarının üçdə biri platforma ilə işləməyi dayandırıblar. Nəticədə şirkət ümumi dəyərinin demək olar ki, yarısını itirib. Maddi problemlər yarandıqdan sonra isə ofislərin icarə ödənişləri gecikməyə və ödənilməməyə başlayıb.

© copyright 2022 | tech.az | info@tech.az