Az | EN

Twitter-in rəqibi Bluesky 8 milyon dollar investisiya alıb

Nail Valiyev
06 İyul 2023 14:08
238 baxış
Twitter-in rəqibi Bluesky 8 milyon dollar investisiya alıb

Bluesky Ali Partovi və Suzanne Xie kimi tərəfdaşları olan Neo şirkətinin rəhbərliyində 8 milyon dollar investisiya aldı. İnvestisiya turunda Co Beda, Bob Young, Amjad Masad, Amir Shevat, Heather Meeker, Jeromy Johnson, Automattic, Protocol Labs, Sarah Drasner, Katelyn Donnelly, Ali Evans, Stav Erez, Kris Nóva, Brad Fitzpatrick, Abdul Ly kimi müxtəlif mələk investorları iştirak edib. Paylaşılan məlumata görə alınan investisiya Bluesky komandasının genişləndirilməsi, əməliyyatların və infrastruktur xərclərinin idarə edilməsi, həmçinin Bluesky tətbiqini dəstəkləyən AT protokolunu gücləndirmək üçün istifadə olunacaq.

Bundan əlavə, Bluesky ödənişli xidmətlərini də təqdim edib. Platformanın ödənişli xidmətlərindən birincisi məşhur domen qeydiyyatçısı Namecheap ilə əməkdaşlıqda təklif olunan xüsusi domenlərdir.

© copyright 2022 | tech.az | info@tech.az