Son bir neçə gündə Twitter-də baş verən "tvit limiti" hadisəsi sosial media platformasında qarışıqlıq yaradıb. İlon Mask tərəfindən paylaşılan məlumata görə Twitter-də təsdiqlənmiş hesablar gündə 6000 tvit, təsdiqlənməmiş hesablar gündə 600 tvit və yeni təsdiqlənməmiş hesablar gündə 300 tvit yaza biləcək. Mask sonradan bu rəqəmləri bir az da artırsa da, bir çox istifadəçi hələ də istifadə limiti xəbərdarlığı ilə qarşılaşmağa davam edir.
Bu hadisələrdən sonra bir çox Twitter istifadəçisi platformaya alternativlər axtarmağa başladı və Jack Dorsey tərəfindən dəstəklənən Bluesky-ə keçid etdilər. Lakin platformaya olan bu tələb Bluesky-nin yeni üzvlükləri müvəqqəti olaraq dayandırmasına səbəb oldu.
Bluesky tərəfindən paylaşılan yazıda "Komandamız mövcud performans problemlərini həll etməyə davam etdiyi üçün Bluesky üzvlüklərini müvəqqəti dayandıracağıq. Tezliklə daha çox istifadəçini beta versiyamıza salamlamaqdan məmnunuq!" sözlərini qeyd edib.