Az | EN

Twitter şəxsi məlumatları satdığı üçün məhkəmə ilə üzləşib

Fidan Abbaszadə
18 May 2023 17:07
275 baxış
Twitter şəxsi məlumatları satdığı üçün məhkəmə ilə üzləşib

2022-ci ilin dekabrında Twitter-in keçmiş əməkdaşı Əhməd Əbuammo bir dissidentin şəxsi məlumatları müqabilində Səudiyyə vəliəhdi Məhəmməd ibn Salmandan rüşvət almaqla günahlandırılıb. İndi Səudiyyə Ərəbistanını tənqid edən tvitlər paylaşdığı üçün oğurlanaraq işgəncələrə məruz qalan Əbdülrəhman əl-Sadhanın bacısı Twitter-i qanunu pozmaqda ittiham edərək məhkəməyə müraciət edib.

Areej əl-Sadhan-ın qardaşı Əbdülrəhman terroru dəstəklədiyinə görə 20 il müddətində azadlıqdan məhrum edilib. Şikayətində Areej Twitter-i qardaşının şəxsiyyətini təsdiq edən məlumatı Səudiyyə Ərəbistanı hökumətinə verməkdə günahlandırır. O, həmçinin bildirib: "Bu, hər bir Twitter istifadəçisini risk altında qoyur. Nəticədə Səudiyyə Ərəbistanı qardaşıma işgəncə verib onu həbs etdi və - sadəcə olaraq Twitter hesabında Səudiyyə repressiyasını tənqid etdiyinə görə qardaşımı 20 il həbs cəzasına məhkum etdi " 

© copyright 2022 | tech.az | info@tech.az