Twitter üzvü olmayan insanlar üzv olmadan platforma daxilində tvitləri görə bilərdilər. Bu vəziyyəti bir müddət əvvəl dəyişdirən İlon Mask Twitter-in üzvü olmayan insanların platforma daxilində tvitləri görməsinin qarşısını alıb.
Bildirək ki, platformadakı tvitlər Google axtarışlarına daxil edilmişdi. Searchengineland tərəfindən paylaşılan məlumata görə platformadakı tvitlər artıq Google axtarışlarına daxil edilməyəcək. Lakin Twitter bu mövzu ilə bağlı hələki heç bir açıqlama verilməyib.
Ötən günlərdə qeyd etdiyimiz kimi, İlon Mask bu yaxınlarda Twitter-dən istifadəyə müvəqqəti məhdudiyyət qoymuşdu və təsdiqlənmiş hesablar gündə 6000 tvit, təsdiqlənməmiş hesablar gündə 600 və təsdiqlənməmiş yeni hesablar gündə 300 tvitə baxa bilərdilər. Təxminən iki günlük müvəqqəti məhdudiyyətdən sonra bu vəziyyət aradan qaldırıldı. Google axtarışlarında tvitlərin yer almaması da bu vəziyyətin yan təsirlərindən biri ola bilər. Google axtarışlarından tvitlərin silinməsi axtarış bölməsinin məzmununu da xeyli dəyişib. Müqayisə üçün qeyd edək ki, bazar ertəsi “twitter.com” üçün Google axtarışı 471 milyon nəticə verib. Qərardan sonra isə yalnız 180 milyon nəticə görünür.