Az | EN

Ukraynanın Uklon taksi şirkəti Bakıda faəliyyətə başlayıb

Səbinə Eyvazova
03 May 2023 11:19
899 baxış
Ukraynanın Uklon taksi şirkəti Bakıda faəliyyətə başlayıb

Ukraynanın Uklon taksi şirkəti Azərbaycanda fəaliyyətə başlayıb. 


2 may tarixindən etibarən taksi şirkətə öz xidmətini Bakı sakinləri üçün əlçatan edib. 
Şirkət Azərbaycanda dövlət qeydiyyatına aprel ayında alınıb və nizamnamə kapitalı 100.000 ABŞ dollardır. Uklon taksi, çatdırılma və s. xidmətləri təklif edir.

Uklon ümumilikdə ayda iki milyondan çox səfəri təmin edir. O, on minlərlə sürücünü birləşdirir. Şirkət dünyanın ən yaxşı 30 startapı siyahısına daxil edilib.
Uklon Azərbaycanda PAŞA Holdinqin tərəfdaşlığı ilə fəaliyyətə başlayıb.

© copyright 2022 | tech.az | info@tech.az