Ülviyyə Mehralıyeva “PAŞA Holdinq” MMC-də “INMerge Ventures”da İdarəedici Partnyor və İnnovasiya tədbirləri meneceri vəzifəsinə təyin olunub.
2024-cü il tarixində PAŞA Holding-in təşkilatçılığı ilə INMerge innovasiya sammiti zamanı yeni INMerge Vençur kapital fondu təsis edilib. Fonddan investisiyaların Qafqaz və Mərkəzi Asiya, Mərkəzi və Şərqi Asiya, eləcə də Yaxın Şərq və Şimali Afrika regionlarından olan startaplara yönəldilməsi planlaşdırılırdı.
Ülviyyə Mehralıyevaya Azərbaycan Dövlət Neft Fondunda bir sıra vəzifələrdə çalışıb. O, 2024-cü ilin aprel ayından indiyə kimi Fondda İcraçı direktorun ofisinin Strateji kommunikasiya şöbəsinin müdiri olub. Həmçinin Ülviyyə Mehralıyeva ADA Universitetində layihə idarəçiliyi üzrə müəllim kimi fəaliyyət göstərir.
Təhsili üzrə 2010-2012-ci illərdə ADA Universitetində Beynəlxalq Münasibətlər və Diplomatiya magistratura təhsili alıb, 2006-2010-cu illərdə isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati İdarəetmə bakalavr proqramını bitirib.