Az | EN

United Payment Azərbaycandakı korporativ müştəriləri üçün özəl mobil tətbiq buraxıb

Nail Valiyev
31 Oktyabr 2023 10:35
633 baxış
United Payment Azərbaycandakı korporativ müştəriləri üçün özəl mobil tətbiq buraxıb

Telefonla da Link və QR ödəniş tələbləri yaradıb, ödənişləri qəbul etmək mümkün oldu.

Regionun ən böyük fintek (Fintex) şirkəti olan "United Payment", Azərbaycandakı korporativ müştərilərinə özəl Mobil tətbiqi istifadəyə verib.

Belə ki, artıq United Payment-in müştəriləri, veb səhifə üzərindən təqdim olunan Müştəri Portalı ilə yanaşı eyni zamanda, həm İOS, həm də Android əməliyyat sistemlərində, ağıllı telefonları vasitəsilə öz maliyyə əməliyyatlarına nəzarət edə, Link və QR ödəniş tələblərin yarada, müvafiq əməliyyatları icra edə biləcəklər. 

United Payment Mobil Tətbqi vasitəsilə aşağıdakı əməliyyatları icra etmək mümkündür:

- United Payment Hesab balansına baxmaq

- Öz tranzaksiyalarınıza baxmaq və lazım olan əməliyyatları icra etmək 

- Öz tranzaksiyalarnı geri qaytarmaq və yaxud ləğv etmək

- Öz tranzaksiyalarını filter edərək rahat axtarmaq

- Yeni kartlarınızı əlavə etmək, yeniləmək və yaxud ləğv etmək

- Müştəri tranzaksiyalarını görmək və idarə edə bilmək

- United Payment Profililinizi tənizmləmək

- Müvafiq giriş izinlərini təyin etmək və dəyişmək

- Ödəniş linklərinizi və yaxud QR ödənişlərinizi yaratmaq və paylaşmaq

 

©marja.az

© copyright 2022 | tech.az | info@tech.az