Az | EN

Uzum Bank nizamnamə kapitalını 41 milyon dollara qədər artıracaq

Cəmil Hüseynzadə
25 Oktyabr 2024 16:39
178 baxış
Uzum Bank nizamnamə kapitalını 41 milyon dollara qədər artıracaq

Uzum Bank yaxın zamanda nizamnamə kapitalını 41 milyon dollara qədər artırmağı planlaşdırır. Bu qərar Özbəkistanın Vahid Korporativ Məlumat Portalında dərc edilib.

Bank 150 milyon sadə səhmi qapalı abunə üsulu ilə emissiya etməyi nəzərdə tutur. Bir səhmin nominal dəyəri 0,08 dollar (1000 sum) təşkil edir.

2024-cü ilin 25 oktyabr tarixinə Uzum Bank-ın nizamnamə kapitalı 28,7 milyon dollar (350 milyard sum) təşkil edir. Bankın üçüncü rüb üzrə xalis mənfəəti 2,7 milyon dollar (32,4 milyard sum) olub. 2023-cü ilin aprelində Özbəkistanda bankların nizamnamə kapitalının mərhələli şəkildə artırılmasını nəzərdə tutan düzəlişlər qəbul edilmişdi. Bu göstəricinin 2025-ci ilin əvvəlinə qədər 41 milyon dollara (500 milyard sum) çatdırılması tələb olunur.

Uzum Bank-ın qiymətli kağızlar buraxması, bu tələbi yerinə yetirməyə imkan verəcək.

© copyright 2022 | tech.az | info@tech.az