Az | EN

Uzum və Wildberries UzPost-un özəlləşdirilməsi uğrunda rəqabətə girir

Cəmil Hüseynzadə
15 Oktyabr 2025 11:59
52 baxış
Uzum və Wildberries UzPost-un özəlləşdirilməsi uğrunda rəqabətə girir

Özbəkistanın rəqəmsal ekosistemi Uzum, milli poçt operatoru UzPost-un dövlət payının özəlləşdirilməsi üzrə keçiriləcək hərraca qatılmaq üçün rəsmi müraciət edib. Şirkət bildirib ki, poçt xidməti ölkə üçün strateji əhəmiyyət daşıyır və idarəetmə həm biznes, həm də milli maraqları nəzərə almalıdır. Uzum investisiyaları infrastrukturun modernləşdirilməsi, logistika şəbəkəsinin inkişafı və rəqəmsal həllərin tətbiqinə yönəldəcək.

Şirkətin rəhbəri Cəsur Cumayev bildirib ki, 2026-cı ilə qədər ölkə üzrə 1000-dən çox tərəfdaş çatdırılma nöqtəsi açılacaq və UzPost infrastrukturu vasitəsilə çatdırılan sifarişlərin payı 10%-ə çatacaq. Uzum növbəti 3-4 ildə Özbəkistana 1,5 milyard dollardan çox sərmayə qoymağı planlaşdırır.

Qeyd olunur ki, Wildberries də UzPost-un dövlət payını almaq üçün hərraca qatılıb və hazırda UzPost özəlləşdirilməyə hazırlaşır. Poçt operatoru rəqəmsal ticarətin artması fonunda investisiyaların infrastrukturu modernləşdirmək, xidmət keyfiyyətini yüksəltmək və yeni iş yerləri yaratmaq məqsədi daşıdığını bildirib.

Ölkədə dövlət payının bölüşdürülməsi zamanı, UzPost-un səhmdarları arasında Maliyyə Nazirliyi, Dövlət Aktivlərinin İdarə Edilməsi Agentliyi və digər dövlət müəssisələri qalır.

© copyright 2022 | tech.az | info@tech.az