Az | EN

Vebsaytlar üçün yeni SEO analiz aləti Scanandfix.com istifadəyə verildi

Nigar Sultanli
26 Noyabr 2025 11:23
99 baxış
Vebsaytlar üçün yeni SEO analiz aləti Scanandfix.com istifadəyə verildi

Rəqəmsal texnologiyalar sahəsində innovativ həllər təqdim edən Corpowid.ai startapı, bu gün yeni rəqəmsal resursu – www.scanandfix.com saytının rəsmi istifadəyə verildiyini elan edib. Bu platforma müəssisələrə və vebsayt sahiblərinə öz resurslarının rəqəmsal əlçatanlıq və Axtarış Motoru Optimallaşdırılması (SEO) performansını analiz etmək üçün nəzərdə tutulmuş qabaqcıl bir vasitədir.

www.scanandfix.com istifadəçilərə internet saytlarının mövcud vəziyyətini qiymətləndirmək üçün unikal və interaktiv rəqəmsal təcrübə təqdim edir. Platforma vebsaytların hazırkı Google reytinqini ölçərək saytdakı problem və zəif tərəflər haqqında ətraflı izahatlar verir, onların qlobal rəqəmsal əlçatanlıq standartlarına uyğunluğunu ölçür.

Əlavə olaraq, platforma istifadəçilərə Corpowid-in innovativ həllini tətbiq etdikdən sonra əldə ediləcək potensial təkmilləşdirmələri vizual şəkildə görməyə kömək edir. Bu, texniki prosesləri sadələşdirərək Corpowid məhsulunu satın almazdan öncə nəticələriniz haqqında məlumatlı olmanıza kömək edir.

Google reytinqindən əlavə olaraq əldə olunan dəqiq hesabatlar mütəxəsislərin öz saytlarının uyğunsuzluqlarını yerini aşkar etməyə də kömək edir. Bunun vasitəsi ilə, problemlerin daha qısa zamanda həll olunmasında ciddi roll oynayır.

Şirkət nümayəndələrinin qeyd etdiyi kimi, rəqəmsal dünyada veb saytların texniki uğuru iki əsas amildən asılıdır: Əlçatanlıq və SEO. www.scanandfix.com məhz bu ehtiyacları dərindən analiz edərək cavab verir və vebsayt sahibləri üçün daha asan idarəolunan bir alət təqdim edir.

www.scanandfix.com marketinq mütəxəssisləri, proqramçılar, rəqəmsal transformasiya mütəxəsisləri, biznes sahibləri və onlayn mövcudluğunu artırmağa çalışan hər kəs üçün əvəzolunmaz bir vasitəyə çevrilmək potensialına malikdir. Corpowid.ai-ın bu məhsulunun istifadəsi ödənişsizdir və  vebsaytlar üçün rəqəmsal əlçatanlıq sahəsində inqilabi xarakter daşıdığı gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az