Az | EN

Virgin Orbit təyyarəsi missiyasını uğurla başa vurub

Bənövşə Kazımova
05 İyul 2022 13:30
193 baxış
Virgin Orbit təyyarəsi missiyasını uğurla başa vurub

Son zamanlar sürətlənən kosmos missiyaları ilə bu sahədə çalışan şirkətlərin sayında artım var. Britaniyalı sahibkar Ser Riçard Branson tərəfindən təsis edilən Virgin Orbit bu şirkətlərdən biridir. Şirkət Boeing 747 təyyarəsindən LauncherOne adlı raketi buraxaraq orbitə peyklər göndərir.

Virgin Orbit peykləri yerin orbitinə yerləşdirərək  missiyasını uğurla başa vurub. Bildirək ki, Straight Up adlanan missiya şirkətin uğurla başa vurduğu dördüncü uçuş idi. Şirkət ABŞ Kosmik Qüvvələri üçün üç missiyadan birincisini bununla tamamlayıb. Şirkət həmçinin Virgin Orbit təyyarəsinin bu il Böyük Britaniya Kosmik Agentliyi və Kral Hərbi Hava Qüvvələri ilə ilk beynəlxalq buraxılışını etməyi planlaşdırır.

Məlumatlara görə, LauncherOne raketi çəkisi 500 kiloqram və ya daha az olan mini peykləri daşımaq üçün hazırlandığına görə onu SpaceX-in böyük missiyalarında istifadə etmək olmaz. Bununla belə, şirkətin “Cosmic Girl” adlandırdığı “Boeing 747” təyyarəsi istənilən hava limanından havaya qalxa bilir və bu, raket buraxma qurğularına ehtiyacı aradan qaldırır.

© copyright 2022 | tech.az | info@tech.az