Az | EN

WhatsApp iOS-da şəkillərdən stiker yaratmaq mümkün olacaq

Bənövşə Kazımova
01 Mart 2023 16:29
693 baxış
WhatsApp iOS-da şəkillərdən stiker yaratmaq mümkün olacaq

Artıq “Whatsapp”ın iOS versiyasında istifadəçilər öz şəkillərindən stikerlər düzəldə biləcək. 

Bununla da iOS 16-da fotodakı obyekti fondan ayıra, sonra kopiyalaya və digər proqramlarda paylaşmaq mümkündür. Əslində bəzi istifadəçilər bu funksiyanı daha əvvəl “WhatsApp”ın beta versiyasında əldə ediblər, lakin indi o, hər kəs üçün əlçatandır. Nəzərinizə çatdıraq ki, şəkilləri stikerlərə çevirmək imkanı iPhone üçün “WhatsApp 23.3.77” versiyasında mövcuddur.

Öz stikerinizi yaratmaq üçün “Fotolar”a daxil olmalısınız. Qalereyada şəkil seçdikdən sonra onu sürüşdürərək “WhatsApp”a, söhbət otağına göndərməlisiniz. Göndərməzdən əvvəl messencer sizə fotonu stikerə çevirməyi təklif edəcək. Bir dəfə yaratdığınız stiker ümumi stikerlər kolleksiyasında saxlanılacaq.

© copyright 2022 | tech.az | info@tech.az