Az | EN

WhatsApp statusları Facebook-da görünəcək

Bənövşə Kazımova
11 Aprel 2023 10:32
399 baxış
WhatsApp statusları Facebook-da görünəcək

“WhatsApp” mesencerinin tərtibatçıları statuslarla bağlı populyar funksiyanı təkmilləşdirəcəklər. Belə ki, mesencerdə dərc olunan statuslar birbaşa Facebook sosial şəbəkəsində görünə biləcək.

Məlumata görə, seçimi status məxfilik parametrlərində aktivləşdirmək mümkün olacaq. İstifadəçilər status yeniləmələrini artıq Facebook-un hekayə bölməsində paylaşmaq istəmədiklərini qərara alanda isə bu seçimi bağlaya bilərlər.

Funksiyanın gələcəkdə “Instagram” üçün də tətbiq olunması planlaşdırılır. Yenilik hazırda “WhatsApp”ın iOS 23.7.0.75 üçün beta versiyasında mövcuddur və gələcək yeniləmədə buraxılacaq

© copyright 2022 | tech.az | info@tech.az