Avropa Kosmik Agentliyinin Mars orbitində hərəkət edən kosmik gəmisi 19 il sonra böyük bir yeniləmə əldə edib.
Avropa Kosmik Agentliyi tərəfindən qırmızı planetə göndərilən və Marsın bir çox aspektini araşdıraraq məlumat toplayan Mars Express kosmik gəmisi fəaliyyətini bundan sonra daha səmərəli şəkildə davam etdirəcək.
Bu güncəlləmədən sonra Mars Express-in daha yaxşı performans göstərəcəyi və kosmik aparatın Mars və onun peyki olan Fobos-u daha ətraflı şəkildə müşahidə edəcəyi bildirilib. Həmçinin məlumatlarda cihazın yaddaşının daha əvvəl dolu olduğun və yeniləmə sayəsində lazımsız məlumatların silindiyi də qeyd olunub.
Onu da əlavə edək ki, 2003-cü ildə buraxılan Mars Express cihazında MARSIS adlı radar mövcuddur. Hətta radar sayəsində planetdə yeraltı göllər aşkar edilmişdi.