Az | EN

X (Twitter) LinkedIn-ə rəqib olur!

Cəmil Hüseynzadə
28 Avqust 2023 12:07
261 baxış
X (Twitter) LinkedIn-ə rəqib olur!

İlon Maskın "X" (keçmiş Twitter) təsdiqlənmiş şirkət hesabları üçün öz profillərində iş elanları yerləşdirmək imkanı təklif edən yeni işə qəbul funksiyasını təqdim edir. Xbildirib ki, bu xüsusiyyət əlaqədar şirkətlərə X Hiring Beta-da nümayiş etdirilən iş rolları üçün müvafiq namizədləri tapmağa kömək edəcək. 

Bu yeni funksiya ilə X platforması LinkedIn-ə rəqib olmağa hazırlaşır. Hələ ki, beta versiyada istifadəyə verilən yeniliyin yaxın zamanda bütün profillərdə görünəcəyi bildirilir. Bu yenilik ancaq təsiq edilmiş biznes hesabları üçündür. şirkət platformasında işə qəbul funksiyası üçün aylıq 1000 dollar ödəniş alır.

Belə görünür ki, İlon Mask X-ı "Super app" etmək yolunda irəliləyir.

© copyright 2022 | tech.az | info@tech.az