Az | EN

Yandex "PowerBank" icarəsi şirkətini satın alıb

Cəmil Hüseynzadə
27 Dekabr 2024 14:34
335 baxış
Yandex "PowerBank" icarəsi şirkətini satın alıb

Yandex «Beri Zaryad» "powerbank" icarə xidmətini satın alaraq onu ayrıca biznes istiqaməti kimi formalaşdıracaq. Xidmət avtomobil paylaşımı, skuter və velosiped icarəsi kimi digər məhsullarla birlikdə idarə olunacaq. Yandex xidmətin genişləndirilməsi üçün iki il ərzində 2 milyard rubl (22 milyon dollar) investisiya etməyi və tərəfdaşları françayzinq modeli ilə cəlb etməyi planlaşdırır.

«Beri Zaryad» 2018-ci ildə yaradılıb və ictimai yerlərdə "powerbank" icarəsi təklif edir. Şirkət 2024-cü ilin mayında pre-IPO keçirərək 750 milyon rubl investisiya cəlb edib və biznesini 4,5 milyard rubl dəyərində qiymətləndirib. Dekabr ayında «Beri Zaryad» Yandex ilə razılaşaraq satış müqaviləsini tamamlayıb. Bu, Yandex-in icarə xidmətləri portfelini genişləndirəcək.

© copyright 2022 | tech.az | info@tech.az