Türkiyənin ən uğurlu startaplarından biri olan Getir Avropada ilk fiziki marketini açır. Şirkət ilk marketini Amsterdamda açacaq.
İngiltərə, İtaliya, Hollandiya kimi bir sıra Avropa ölkələrində fəaliyyət göstərən Getir indi fiziki marketi ilə insanlara xidmət göstərəcək. Türkiyə xaricində 8 ölkədə fəaliyyətini davam etdirən Getir böyüməyə davam edir. Bu böyümə fonunda Getir fiziki marketlər də açmağa başlayıb. Bu addımın əsas səbəbi Amsterdam şəhər idarəsinin iradıdır. Belə ki, bir müddət öncə startap depolarının şəhərinin estetikasını pozduğu iddia edilmişdi. Bu irad qarşısında da Getir deposunu marketə çevirmək qərarına gəldi.
Getir Türkiyənin ən uğurlu startaplarından biridir. Bu ilk dekakorn olan startap Türkiyənin ilk dekakornudur.